İtaliya Superkubokunun finalında “Milan” və “İnter” qarşılaşacaq

İtaliya Superkubokunun finalında “Milan” və “İnter” qarşılaşacaq

İtaliya Superkubokunun yarımfinal matçı keçirilib. SİA xəbər verir ki, Səudiyyə Ərəbistanında keçirilən matçda “Milan” “Yuventus” komandaları qarşılaşıb.

Oyun “Milan”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Əvvəlcə Kənan Yıldız 21-ci dəqiqədə “yuventus”u önə çıxarıb. Kristian Pulişiç 71-ci dəqiqədə penaltidən vurduğu qolla hesaba tarzlıq gətrib. Yeddi dəqiqə sonra “Yuventus”un müdafiəçisi Federiko Qatti avtoqola imza ataraq komandasını məğlub duruma düşürüb. Beləliklə “Milan” finalda “Atalanta”nı məğlub edən (2:0) “İnter”lə oynayacaq. Görüş yanvarın 6-da baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə