Türkiyə Superliqasında XVII turun oyunları keçirilib.
SİA xəbər verir ki, “Beşiktaş” səfərdə “Rizəspor”la qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Bu nəticədən sonra xallarını 27-yə çatdıran qonaqlar 5-ci pilləyə yüksəlib.
Digər matçda isə “Alanyaspor” “Konyaspor”a 2:1 hesabı ilə qalib gəlib.
Alanyalılar bununla da 21 xalla 8-ci yerə qalxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə