“Əl-Nəsr”ın portuqaliyalı hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatını tərifləyib. SİA xəbər verir ki, Ronaldo frasızlara da "ilişib". O bildirib ki, Səudiyyə çempionatı Fransa Liqa 1-dən daha çətindir.
“Əlbəttə Səudiyyə Liqası Liqa 1-dən yaxşıdır. Fransada yalnız PSJ var. Qalanları bitdi. 38, 39, 40 dərəcə istidə qaçmağa çalışın və baxın…”, – Ronaldo deyib.
Bu mövsüm Kriştiano Ronaldo klub səviyyəsində 19 oyun keçirib, 16 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə