Misli Premyer Liqasında ilin son oyunları keçirilib.
SİA xəbər verir ki, XVIII turda "Şamaxı" doğma meydanda "Sabah"ı qəbul edib. Görüş ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bununla da, meydan sahibləri 17 xalla 7-ci yerə qalxıb, qonaqlar 26 xalla 5-ci sıradadır.
Son matçda "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Araz-Naxçıvan"ı 2:0 hesabı ilə üstələyib. Ağdam klubu 47 xalla turnir cədvəlinə başçılıq edir. Naxçıvan təmsilçisi isə 39 xalla 2-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Zirə" səfərdə "Səbail"i məğlub edib - 1:0. "Turan Tovuz" - "Neftçi" (1:1), "Kəpəz" - "Sumqayıt" oyunlarında isə heç-heçə qeydə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə