Azərbaycan Basketbol Liqasında VII tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında VII tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında VII tura yekun vurulub.

SİA xəbər verir ki, turun son günündə üç oyun keçirilib. Günə B qrupunda olan komandaların matçları ilə start verilib. “Gəncə” səfərdə “Quba"nı 95:78, “Şəki” isə “Ordu”nu 80:74 hesabı ilə məğlub edib.

A qrupunda isə “Abşeron” “Sərhədçi” ilə qarşılaşıb. Abşeron Olimpiya İdman Kompleksində təşkil olunan görüş meydan sahiblərinin 71:68 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, turun əvvəl reallaşan oyunlarında “Sumqayıt” “Lənkəran”ı 108:99, “Naxçıvan” NTD-ni 95:77, “Neftçi” isə “Sabah”ı 71:66 hesabı ilə məğlub edib.

Bütün xəbərlər Facebook səhifəmizdə