Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli Bəhreynin paytaxtı Manamada keçirilən ağırlıqqaldırma üzrə dünya çempionatında gümüş medal qazanıb.
SİA xəbər verir ki, 109 kiloqram çəki dərəcəsində körpücük üzərinə çıxan idmançı birdən qaldırma hərəkətində 183 kiloqramı ram edib və bu hərəkətdə 4-cü olub.
Dadaş təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edərək tarixi uğur qazanıb. O, 221 kiloqramı başı üzərinə qaldıraraq bu hərəkətdə mundialın gümüş mükafatına sahib çıxıb.
Dadaşbəyli cəmi 404 kiloqram (183+221) nəticə ilə yekun sıralamada da 2-ci yeri tutaraq fəxri kürsüdə yer alıb.
Dadaş ötən il Səudiyyə Ərəbistanında keçirilən dünya çempionatında bürünc medal qazanaraq 18 illik fasilədən sonra bu nəticə nail olan ağırlıqqaldıran olmuşdu.
Qeyd edək ki, mundiala dekabrın 15-də yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə