İngiltərə nəhəngləri “Barselona”nın futbolçusunu transfer etmək istəyir

İngiltərənin “Liverpul” və “Mançester Yunayted” klubları İspaniyanın “Barselona” komandasında çıxış edən Mark Kasado ilə maraqlanır.

SİA-nın əldə etdiyi məlumata görə, Premyer Liqa təmsilçiləri mövsümün sonunda 21 yaşlı yarımmüdafiəçini transfer etməyi planlaşdırır.

Hər iki komandanın skautları məşqçilər heyətinə təqdim etdikləri hesabatda gənc oyunçunun meydançanı görmək və yarımmüdafiə xəttində oyuna nəzarət etmək bacarığını xüsusi vurğulayıblar.

Qeyd edək ki, Mark Kasado bu mövsüm “Barselona”nın heyətində bütün turnirlərdə ümumilikdə 13 oyun keçirib və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Kataloniya təmsilçisi ilə 2028-ci ilin yayınadək müqaviləsi var. Futbolçunun transfer qiyməti 15 milyon avrodur.

Bütün xəbərlər Facebook səhifəmizdə