Məşhur futbolçu cinsi təcavüzdə ittiham olunur

“Yuventus”, “Bavariya”, “Barselona” və “İnter”in yarımmüdafiəçisi və Amerika Kubokunun ikiqat qalibi Arturo Vidal Çilidə cinsi təcavüzdə ittiham olunur. SİA TVN-ə istinadən xəbər verir ki, prokurorluq cinsi təcavüz iddiası ilə bağlı məlumat aldıqdan sonra araşdırmalara başlayıb.

Şikayət 37 yaşlı Vidal və “Kolo-Kolo”nun digər oyunçularına qarşı edilib. İddia edilən cinayət Çilinin paytaxtı Santyaqonun kommunalarından birindəki barda baş verib. Qadın narkotik aldığını və cinsi təcavüzə məruz qaldığını iddia edir. İşlə bağlı aparılan istintaq çərçivəsində Vidalın şəxsiyyətini yoxlamaq üçün polis bölməsinə aparıldığı bildirilir. Lakin hazırda heç kim həbs olunmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə