“Kəpəz” son dəqiqədə vurduğu qolla “Səbail”ə qalib gəlib

“Kəpəz” son dəqiqədə vurduğu qolla “Səbail”ə qalib gəlib

Futbol üzrə Misli Premyer Liqasında XII turun daha bir oyunu keçirilib.

SİA xəbər verir ki, “Kəpəz” və “Səbail” komandaları qarşılaşıblar. Görüş Gəncə klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda yeganə qolu 90+5-ci dəqiqədə Camal Cəfərov vurub. Bu nəticədən sonra “Səbail” 7 xalla 9-cu, xallarını 6-ya çatdıran “Kəpəz” isə sonuncu - 10-cu pillədə qərarlaşıb. Tura bu gün saat 19:00-da keçiriləcək “Sumqayıt” – “Sabah” görüşü ilə yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə