Qavi və Pedri ilə məsələ məlumdur, amma Arauxo...

...“Barselona” yarımmüdafiəçilər Qavi və Pedrinin klubla 2026-cı ilin yayında başa çatacaq müqavilələrini uzadacağına əmindir. Amma mərkəz müdafiəçisi Ronald Arauxo ilə əmək müqaviləsinin uzadılması ilə bağlı danışıqlar daha çətin rejimdə irəliləyir.

SİA xəbər verir ki, bu barədə Mundo Deportivo məlumat yayıb.

Mənbənin sözlərinə görə, Qavi və Pedri müqaviləni yenidən imzalamaq istədiklərini bildirsələr də, Araujo bir neçə ay əvvəl Kataloniya klubundan aldığı təklifə hələ də cavab verməyib.

Bununla belə, hər iki tərəfin nümayəndələri gələn həftə görüş keçirməyi planlaşdırırlar.

“Barselona” tərəfi futbolçudan müsbət cavab gözləyir. Xatırladaq ki, Arauxonun "Barselona" ilə müqaviləsi də 2026-cı ilin yayında başa çatır.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə