“Qarabağ” və “Neftçi” xal itirib

“Qarabağ” və “Neftçi” xal itirib

Misli Premyer Liqasında XII tura iki oyunla start verilib.

SİA xəbər verir ki, ilk olaraq “Turan Tovuz” və “Qarabağ” komandaları qarşılaşıblar. Tovuz şəhər stadionunda reallaşan görüş qolsuz heç-heçə ilə başa çatıb.

Bu nəticədən sonra xallarını 28-ə yüksəldən Ağdam təmsilçisi turnir cədvəlinə başçılıq edir. Tovuz klubu isə 25 xalla 2-ci sıradadır.

Günün ikinci matçında “Neftçi” doğma meydanda “Araz-Naxçıvan”ı qəbul edib.

“Neftçi Arena”da təşkil olunan matç qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Rəqiblərindən bir oyun az keçirən Naxçıvan təmsilçisi 22 xalla 3-cü, Bakı klubu isə 9 xalla 8-ci yerdədir.

Qeyd edək ki, turun digər görüşləri noyabrın 2-də və 3-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə