"Valensiya" - "Real Madrid" oyunu təxirə salınacaq?

Görünməmiş təbii fəlakətlə sarsılan Valensiya şəhərində 100-dən çox insan həyatını itirib, mindən çox insan isə qapalı vəziyyətdə qalıb. Xilasetmə işləri davam etsə də, sular hələ də çəkilməyib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, normal şəraitdə sabah Valensiya şəhərində La Liqada "Valensiya" və "Real Madrid" qarşılaşmalıdır. Bununla belə, La Liqa rəhbərliyinin bu görüşü təxirə salmağı düşündüyü bildirilir.

"Valensiya" klubu matç gününün dəyişdirilməsini tələb edərkən, "Real Madrid" bunu qəbul etdiyini açıqlayıb. İspaniya Futbol Federasiyası isə matç təqviminin sıx olması səbəbindən matçı keçirmək üçün gün tapmaqda çətinlik çəkir. Təxirə salınma qərarı verilsə belə, matçın tarixinin dərhal açıqlanması gözlənilmir. "Real Madrid" Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanmasa, matç 20 fevral 2025-ci ildə oynana bilər, lakin bu da çox az ehtimaldır. Bu tarix baş verməsə, 20-22 may 2024-cü il yeganə tarix olaraq qalır.

Bütün xəbərlər Facebook səhifəmizdə