"Bayern" tarixində ilk dəfə belə vəziyyətə düşdü

UEFA Çempionlar Liqasının Əsas mərhələsinin 3-cü turunda "Barselona"nın qonağı olan "Bayern" 1:4 hesabı ilə məğlub olmaqla yanaşı, tarixində heç də xoş olmayan ilk yaşayıb. SİA xəbər verir ki, Münhen klubu üçün bu yenilgi Çempionlar Liqasında ardıcıl üçüncü səfər məğlubiyyəti olub. "Pivəçilər" son turda "Aston Villa"ya səfərdə, ötənilki yarımfinalda isə Madriddə "Real"a uduzublar.

Beləliklə, "Bayern" tarixində ilk dəfə Çempionlar Liqasında ardıcıl üç səfər matçında məğlub olub.

Bütün xəbərlər Facebook səhifəmizdə