II təsnifat mərhələsinin proqramı açıqlanıb

Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinin proqramı bəlli olub. SİA xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

“Turan Tovuz” – “Hypers Guba” matçı oktyabrın 28-də saat 20:00-da start götürəcək.

28 oktyabr (bazar ertəsi)

20:00. “Turan Tovuz” – “Hypers Guba”
Tovuz şəhər stadionu (CBC Sport / canlı)

29 oktyabr (çərşənbə axşamı)

14:00. MOİK – “Şimal”
“Kapital Bank Arena” (ehtiyat meydança)

16:00. “Şahdağ Qusar” – “Araz-Naxçıvan”
“Liv Bona Dea Arena”

16:00. “Ağdaş” – “Kəpəz”
Tovuz şəhər stadionu

18:00. “Dinamo” – “Səbail”
“ASCO Arena”

30 oktyabr (çərşənbə)

14:00. “Şamaxı” – “Şəmkir”
Şamaxı şəhər stadionu

14:00. “Mingəçevir” – “Zaqatala”
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu

14:00. “Qaradağ Lökbatan” – “Karvan”
Lökbatan OİK stadionu, 14:00

15:00. “Şəfa” – “Difai”
“ASK Arena”

31 oktyabr (cümə axşamı)

14:00. “İmişli” – “Cəbrayıl”
Şamaxı OİK stadionu

15:00. “Qəbələ” – “Baku Sportinq”
Qəbələ şəhər stadionu, 15:00 (CBC Sport / canlı)

Qeyd edək ki, 2-ci təsnifat mərhələsində iştirak edən II Liqa klublarının (“Ağdaş”, “Şahdağ Qusar”, “Dinamo”) ev oyunlarını keçirdiyi stadionlar Misli Premyer Liqasında çıxış edən klubları qəbul etmək tələblərinə cavab vermədiyi üçün iştirakçı klubların razılığı ilə oyunlar Misli Premyer Liqasında çıxış edən klubların stadionunda keçiriləcək.

İmişli şəhər stadionunda aparılan təmir və yenidənqurma işləri ilə əlaqədar olaraq “İmişli” – “Cəbrayıl” oyunu Şamaxı OİK stadionunda baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə