“Azərreyl” 1/4 finalda Türkiyə təmsilçisi ilə üz-üzə gələcək

Fransanın Monpelye şəhərində keçirilən çimərlik voleybolu üzrə klublararası Avropa Kubokunda “Azərreyl”in qadınlardan ibarət komandasının növbəti rəqibi dəqiqləşib. SİA xəbər verir ki, təmsilçimiz 1/4 final mərhələsində “TVF Spor Lisesi Ihtisas” kollektivi ilə üz-üzə gələcək.

Hər iki qarşılaşma bu gün gerçəkləşəcək. Matçlar Bakı vaxtı ilə saat 15:15-də və 16:00-da start götürəcək.

Qeyd edək ki, “Azərreyl” daha əvvəl Avstriyanın “Bergstrand Beachvolleyball” və Sloveniyanın “BVC Ludus” klublarını məğlub edib.

Bütün xəbərlər Facebook səhifəmizdə