Azərbaycan gimnastları finala vəsiqə qazanıblar

Aerobika gimnastikası üzrə Azərbaycan millisinin üzvləri İtaliyanın Pesaro şəhərində keçirilən dünya çempionatında finala vəsiqə qazanıblar. SİA-nın məlumatına görə, Mədinə Mustafayeva və Vladimir Dolmatovdan ibarət qarışıq cütü təsnifat mərhələsində 20.050 xalla ikinci olub.

Yaponiya (20.300) birinci, İtaliya (19.900) üçüncü sırada qərarlaşıb.

Qeyd edək ki, dünya çempionatı sentyabrın 29-da başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə