“Qızıl top”u alsa, “Nike” ona qızılı buts hazırlayacaq

Bir gün əvvəl mediada 2024-cü il üçün “Qızıl top”u kimin qazanacağı ilə bağlı söz-söhbətlər yayılmışdı. SİA xəbər verir ki, nüfuzlu mükafatın “Real Madrid”in hücumçusu Vinisiusa veriləcəyi güman edilir. Şayiələrə görə o, qələbə barədə artıq “France Football” tərəfindən məlumatlandırılıb. Bu münasibətlə siması Vinisius olan “Nike” oyunçu üçün xüsusi butslar buraxacaq. Çəkmələr qızılı rəngdə hazırlanacaq. “Footy Headlines” portalı artıq yeni elementin təxmini şəklini dərc edib.

Bütün xəbərlər Facebook səhifəmizdə