"Lənkəran" komandasının baş məşqçisinin adına aydınlıq gəlib

Azərbaycan Basketbol Liqasının 2024/25 mövsümündə çıxış edəcək "Lənkəran" komandasının baş məşqçisinin adına aydınlıq gəlib. SİA xəbər verir ki, yeni yaranmış klubu belaruslu mütəxəssis Georgi Kondruseviç çalışdıracaq.

Onun köməkçisi türkiyəli Alperen Kılıçoğlu olacaq. Komandanın kapitanı qarşıdakı günlərdə müəyyənləşəcək.

Cənub təmsilçisi ev oyunlarını Lənkəran Olimpiya İdman Kompleksində keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə