Oskar Piastri: Bakı treki çox yaxşı təsir bağışladı

"Yaxşı trekdə yarışdıq. Bakı trası olduqca yaxşı təsir bağışladı".

SİA xəbər verir ki, bu sözləri Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin sıralama turunda ikinci yeri tutan "McLaren"in sürücüsü Oskar Piastri mətbuat konfransında deyib.

O, nəticəyə görə sevincli olduğunu bildirib: "Birincilik üçün yarışırdım. Amma alınmadı. Buna baxmayaraq, kədərli olmaq lazım deyil. Dünənkindən yaxşı çıxış etdiyim üçün xoşbəxtəm. Səbirsizliklə sabahkı əsas yarışı gözləyəcəyəm".

Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 15-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə