Bakı trekində növbəti qəza baş verib - Formula 1

Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin üçüncü sərbəst yürüşündə qəza baş verib. SİA xəbər verir ki, "Haas" komandasının pilotu Oliver Bermanın bolidi döngədə təhlükəsizlik maneəsinə çırpılıb və qırmızı bayraq qaldırılıb.

Britaniyalı sürücünün bolidi trasdan kənarlaşdırılıb.

Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 15-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə