"Zirə" - "Neftçi" oyununun hakimləri açıqlanıb

Azərbaycan Premyer Liqasının VI turunda üz-üzə gələcək "Zirə" - "Neftçi" oyununu idarə edəcək hakimlər bəlli olub. SİA Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, turun mərkəzi matçını FIFA referisi Elçin Məsiyev idarə edəcək.

Turun açılış matçında qarşılaşacaq “Araz-Naxçıvan” – “Kəpəz” duelini isə Rəvan Həmzəzadə idarə edəcək.

13 sentyabr

19:30.“Araz-Naxçıvan” – “Kəpəz”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Elvin Bayramov
VAR: Cavid Cəlilov
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Liv Bona Dea Arena”.

14 sentyabr

16:30. “Şamaxı” – “Sumqayıt”
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Əli Əliyev
VAR: Rauf Cabarov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Azər Əsgərov
Şamaxı şəhər stadionu.

19:00. “Qarabağ” – “Səbail”
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Müslüm Əliyev, Rauf Allahverdiyev
VAR: Kamal Umudlu
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: İlham Əliyev
“Azersun Arena”.

15 sentyabr

18:00. “Zirə” – “Neftçi”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov
VAR: Nicat İsmayıllı
AVAR: Kamran Bayramov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Seymur Səlimli
Zirə İK stadionu.

20:30. “Sabah” – “Turan Tovuz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev
VAR: İnqilab Məmmədov
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Emin Cəfərov
“Bank Respublika Arena”.

Bütün xəbərlər Facebook səhifəmizdə