“Neftçi” daha üç legioner basketbolçu ilə anlaşıb

“Neftçi” heyətini daha üç yeni basketbolçu ilə gücləndirib. SİA-nın əldə etdiyi məlumata görə, ”ağ-qaralar” ABŞ-dan olan Bobbi Harvi, Brandon Saqqs və İsaya Luisi transfer edib. Həmin oyunçularla 1 illik müqavilə imzalanıb.

“Neftçi” daha əvvəl amerikalı Alonso Kempbell, Broderik Robinson və Azərbaycan millisinin kapitanı Amil Həmzəyev ilə müqavilə imzalayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə