Gənclər və İdman Nazirliyi və Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə Bakı Atıcılıq Mərkəzində güllə atıcılığı üzrə Azərbaycan çempionatı keçirilib. SİA xəbər verir ki, ölkənin müxtəlif regionlarından olan və fərqli idman klublarını təmsil edən 70-dən çox idmançı güllə atıcılığının pnevmatik tüfəngdən atəş, kiçik çaplı tapançadan 25 metr məsafəyə atəş və pnevmatik tapançadan 10 metr məsafəyə atəş yarışlarında mübarizə aparıblar.
Ölkə üzrə güclü atıcıların müəyyənləşdirilməsi, atıcılıq idmanının təbliği və kütləviləşdirilməsi, gənclərin bu idman növünə maraqlarının artırılmasına nail olmaq məqsədilə hər il atıcılıq üzrə Azərbaycan çempionatı keçirilir.
10 metr - Pnevmatik tapançadan atəş üzrə kişilər arasında yarış
1. Vladislav Kalmıkov
2. Elvin Astanov
3. Musayev Hacı
10 m - Pnevmatik tapançadan atəş üzrə qadınlar arasında yarış
1. Zeynəb Sultanova
2. Nigar Nəsirova
3. Xanna Əliyeva
10 metr - Pnevmatik tüfəngdən atəş üzrə kişilər arasında yarışın qalibləri:
1. Üzeyr Tapdıqlı
2. Ramiz Xəlilov
Pnevmatik tüfəngdən atəş üzrə qadınlar arasında yarışın qalibləri:
1. Nigar Ramazanova
2. Jalə Bayramova
3. Aynur Mahmudova
10 metr - Pnevmatik tapançadan atəş üzrə qarışıq komanda yarışı:
1. Nigar Nəsirova / Ruslan Lunev
2. Xanna Əliyeva / Hacı Musayev
3. Zeynəb Sultanova / Ənvər Mahmudov
10 m - Pnevmatik tüfəngdən atəş üzrə qarışıq komanda yarışı:
1. Jalə Bayramova / ÜzeyirTapdıqlı
2. Nigar Ramazanova / Ramiz Xəlilov
3. Aynur Mahmudova / Hüseyn Əliməmmədov
25 metr - Kiçik Çaplı tapançadan atəş üzrə qadınlar arasında yarışın qalibləri:
1. Xanna Əliyeva
2. Həqiqət Atayeva
Qeyd edək ki, gərgin mübarizə şəraitində keçən final yarışlarından sonra çempionatda qalib gələn idmançılar medal və diplomlarla təltif olunublar.
Bütün xəbərlər Facebook səhifəmizdə