“Qalatasaray” Vilfred Zahanı icarəyə verib. SİA xəbər verir ki, o, karyerasını Avropa Liqasında “Qarabağ”ın rəqibi “Lion”da davam etdirəcək. Məlumata görə, Zaha İstanbul təmsilçisindən bir mövsümlük 3 milyon avroya icarəyə götürülüb.
Qeyd edək ki, hazırkı transfer qiyməti 11 milyon avro olan vinger “Qalatasaray” forması ilə 43 matça çıxıb. Futbolçu bu qarşılaşmalarda 10 qol vurub, 5 məhsuldar ötürmə edib. Onun “sarı-qırmızılılar”la müqaviləsi 2026-cı ilədək nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB