Slovakiya yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsinin ilk iki turunda Estoniya və Azərbaycan milli komandalarına qarşı keçirəcəyi oyunların heyəti açıqlanıb. SİA xəbər verir ki, baş məşqçi Françesko Kaltsona C liqasının I qrupu çərçivəsində sentyabrın 5-də Tallində Estoniya, 8-də isə Koşitsedə Azərbaycan milli komandasına qarşı baş tutacaq matçlara 27 futbolçu dəvət edib.
Qeyd edək ki, Slovakiya - Azərbaycan qarşılaşması sentyabrın 8-də, Bakı vaxtı ilə saat 20:00-da Koşitse Futbol Arenasında keçiriləcək.
Qapıçılar: Martin Dubravka, Marek Rodak, Henrich Ravas;
Müdafiəçilər: Peter Pekarík, Michal Tomiç, Norbert Gyömber, Denis Vavro, Rubomír Şatka, Milan Şkriniar, Adam Obert, David Hancko, Samuel Kozlovsky;
Yarımmüdafiəçilər: Stanislav Lobotka, Peter Pokorny, Juraj Kucka, Ondrej Duda, Laszlo Benes, Tomas Rigo, Matuş Bero;
Hücumçular: Lukaş Haraslín, David Duriş, Leo Sauer, ubomír Tupta, İvan Schranz, Tomas Suslov, David Strelec, Robert Bozeník.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB