"Zirə" son oyunda "Omoniya"ya minimal hesabla qalib gəlib

"Zirə" son oyunda "Omoniya"ya minimal hesabla qalib gəlib

Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində üz-üzə gələn "Zirə” və Kiprin "Omoniya" komandaları arasında görüş başa çatıb.

SIA xəbər verir ki, “Liv Bona Dea Arena”da oynanılan qarşılaşma təmsilçimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İlk matçda rəqib 6:0 hesabı ilə qalib gəldiyi üçün növbəti mərhələyə vəsiqə qazanıb. "Zirə" isə avrokuboklarla vidalaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə