Portuqaliyanın “Portu” komandası heyətini yeni futbolçu ilə gücləndirib. SİA xəbər verir ki, İsveç təmsilçisi “Hammarbi”nin türkəsilli hücumçusu Deniz Gül transfer olunub. Onunla 5 illik müqavilə imzalanıb.
İyirmi yaşlı isveçli oyunçu yeni komandasında 27 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, D.Gül ötən mövsüm “Hammarbi”də 22 oyun keçirib, 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB