Ərəblər ona 70 milyon təklif etdi

“Mançester Siti”nin müdafiəçisi Joao Kanselonun “Əl-Hilal”a transferi tezliklə tamamlanacaq. SİA xəbər verir ki, bu barədə “A Bola” məlumat yayıb.

Mənbənin sözlərinə görə, tərəflər təxminən 40 milyon avroya 30 yaşlı portuqaliyalının keçidi ilə bağlı razılığa gəliblər. Futbolçuya 70 milyon avro dəyərində 3 illik müqavilə təklif olunub və müsbət cavab alınıb.

Kanselo ötən mövsümü icarə əsasında “Barselona”da keçirib. O, Kataloniya yığmasının heyətində bütün yarışlarda 42 oyuna çıxıb, 4 qol vurub, 5 məhsuldar ötürmə edib.

Futbolçunun “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin yayına kimidir.

Bütün xəbərlər Facebook səhifəmizdə