Məqsədimiz “Paris-2024”də Azərbaycanı layiqincə təmsil etməkdir - Milli Paralimpiya Komitəsinin rəsmisi
Paralimpiadada 19 lisenziya ilə 7 idman növündə iştirak edəcəyik. Azərbaycan ilk dəfədir ki, 7 idman növündə təmsil olunur. SİA xəbər verir ki, bu sözləri Milli Paralimpiya Komitəsinin (MPK) idman şöbəsinin müdiri Şahvələd Əliyev “Paris-2024” Yay Paralimpiya Oyunları öncəsi keçirilən mətbuat konfransında deyib.
MPK rəsmisi bildirib ki, əsas məqsəd Azərbaycanı Parisdə layiqincə təmsil etməkdir: “İdmançılarımız hazırlıqlarını davam etdirirlər. Onlara inanırıq. Ümid edək ki, Vətənə medallarla qayıdacaqlar”.
Qeyd edək ki, “Paris-2024” Yay Paralimpiya Oyunları avqustun 28-dən sentyabrın 8-dək keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB