Çimərlik üzrə voleybol millilərimiz Avropa çempionatında iştirak edəcəklər

Çimərlik üzrə voleybol millilərimiz Avropa çempionatında iştirak edəcəklər

Azərbaycanın 18 yaşadək oğlan və qızlardan ibarət çimərlik voleybolu üzrə milliləri Avropa çempionatında iştirak edəcəklər.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, təmsilçilərimiz yarışın keçiriləcəyi Gürcüstanın Kaçreti şəhərinə yola düşüblər.

İyulun 10-14-də baş tutacaq çempionatda ölkəmiz bir qız (Səbinə Əlizadə/Lizi Latsabidze) və bir oğlan (Nəriman Bayramlı/Muhammad Aslanlı) komandası ilə təmsil olunacaq.

Qeyd edək ki, oğlanlardan ibarət komanda mübarizəyə əsas, qızlarımız isə təsnifat mərhələsindən qoşulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə