Ərdoğan: "Merih Dəmirala verilən cəza siyasidir"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan UEFA-nın Türkiyə millisinin futbolçusu Merih Dəmiralı 2 oyunluq cəzalandırılması qərarını növbəti dəfə şərh edib.

SİA Qol.az-a istinadən xəbər verir ki, o deyib: “Qərbin mentalitet nöqteyi-nəzərindən bizə yanaşması dəyişməyib, hissləri hələ də eynidir. Merih Dəmirala verilən cəza siyasidir. Əslində bu, bir millət olaraq Türkiyə üçün bir cəzadır. Buna ən yaxşı cavab Niderlanda qarşı matçda qələbə olardı. Təəssüf ki, buŞ baş vermədi. Amma qarşıda 2026-cı il dünya çempionatı və 2028-ci il Avropa çempionatı var. Onlara ən yaxşı şəkildə hazırlaşaraq, ümid edirik ki, bunların revanşını almaq şansımız olacaq”.

Qeyd edək ki, UEFA Türkiyə millisinin üzvü Merih Demiralı "boz qurd" işarəsi göstərdiyi üçün 2 oyunluq cəzalandırıb. Bu səbəbdən o, Niderlandla matçı buraxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə