İspaniyalı futbolçu karyerasını bitirmək qərarına gəlib

İspaniya millisinin sabiq futbolçusu Tiaqo Alkantara 33 yaşında karyerasını bitirmək qərarına gəlib.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano özünün sosial şəbəkə hesabında yazıb.

Mərkəz yarımmüdafiəçisinin son klubu 2020-ci ilin sentyabrından 2024-cü ilin iyuluna kimi çıxış etdiyi "Liverpul" olub. Mersisayd təmsilçisində 98 matçda iştirak edən futbolçu 3 qol vurub və 6 qolun ötürməsini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə