Azərbaycan Badminton Federasiyası Botsvanaya invertar ianə edib - FOTO

5 iyul - Ümumdünya Badminton Günü münasibətilə Azərbaycan Badminton Federasiyası (ABF) və Dünya Badminton Federasiyasının (BWF) birgə dəstəyi ilə Botsvana Badminton Assosiasiyasına (BBA) 10,000 ABŞ dolları dəyərində invertar ianə edilib. ABF-dən SİA-ya verilən məlumata görə, Botsvana Badminton Assosiasiyasından kort, raketka, volan, badminton geyimi və aksesuarlarından ibarət ianənin idmançıların daha yaxşı şərtlər altında məşq etməsinə şərait yaradacağı bildirilib.

Qeyd edək ki, layihənin məqsədi badminton vasitəsilə inkişaf etməkdə və həyat səviyyəsi aşağı olan ölkələrdə sosial həyatın, təhsilin səviyyəsinin artırılmasına dəstək olmaqla yanaşı, Dünya Badminton Federasiyasının etibarlı tərəfdaşı kimi bu idman növünün ümumi inkişafına töhfə verməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə