Azərbaycan klubu milli komandanın voleybolçusunu transfer edib

“Milli Aviasiya Akademiyası” heyətini yeni voleybolçu ilə gücləndirib. Bu barədə SİA-ya Bakı klubunun italiyalı baş məşqçisi Covanni Torçio məlumat verib. Onun sözlərinə görə, “tələbələr” Azərbaycanın U-20 millisinin üzvü Sona Atayevanı transfer edib.

Blokçu mövqeyində çıxış edən 17 yaşlı oyunçu son olaraq “Abşeron”un şərəfini qoruyub.

Bütün xəbərlər Facebook səhifəmizdə