Azərbaycanın amputant komandası bu gün Türkiyə yığması ilə üz-üzə gələcək

Azərbaycanın amputant komandası bu gün Türkiyə yığması ilə üz-üzə gələcək

Azərbaycanın futbol üzrə amputant millisi Fransanın Evian şəhərində təşkil olunan Avropa çempionatında bu gün ikinci matçına çıxacaq. SİA-nın məlumatına görə, yığma Türkiyə kollektivi ilə üz-üzə gələcək.

C qrupundakı qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.

Qardaş ölkə təmsilçisi ötən gün İsraili 6 cavabsız qolla üstələyib. Azərbaycan komandası isə İrlandiyaya yenilib - 0:1.

Bütün xəbərlər Facebook səhifəmizdə