"Dünyanın ən yaxşı baş məşqçisi Qvardioladır"

"Dünyanın ən yaxşı baş məşqçisi Qvardioladır"

İspaniyanın “Real Madrid” komandasının baş məşqçisi Karlo Ançelotti açıqlamaları ilə gündəmə gəlib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, 65 yaşlı mütəxəssis qonaq olduğu televiziya proqramında ona ünvanlanan suallara maraqlı cavabları ilə diqqət çəkib

- Səhər yeməyində masanızın üzərində nələr olur?

- Səhərlər masamın üzərində kofe və yoqurt olur.

- Uşaq olarkən özünüzə kimi kumir hesab etmisiniz?

- İtaliyalı keçmiş futbolçu Sandro Mattsolanı.

- Televizorda futboldan başqa nəyə baxırsınız?

- Film və serial izləməyi sevirəm.

- Hansı filmi daha çox bəyənirsiniz?

- “Maral ovçusu” (“The Deer Hunter”) filmini.

- Yemək hazırlamağı sevirsiniz? Ən bəyəndiyiniz yemək növü hansıdır?

- Əlbəttə, yemək bişirməyi xoşlayıram. Ən sevdiyim yemək isə Karbonara souslu makarondur.

- Çempionlar Liqasınız qazansanız, kuboku qaldıracağınız “Sibelyes” meydanında mahnı ifa edəcəksiniz?

- Bəli, ya oxuyacağam, ya da oynayacağam.

- Tanış olmaq istədiyiniz tarixi şəxsiyyət varmı?

- Bəli. Bu, İtaliyanın milli qəhrəmanı Cüzeppe Qaribaldidir.

- Ən son nə vaxt ağlamısınız?

- Toni Kroosun “Real Madrid”lə vidalaşdığı gün.

- Hər zaman rəhbərliyiniz altında oynamağını istədiyiniz futbolçu kim olub?

- Françesko Totti.

- Hazırda futbol dünyasının ən yaxşı baş məşqçisi kimdir?

- “Mançester Siti”yə başçılıq edən Xosep Qvardiola.

Bütün xəbərlər Facebook səhifəmizdə