"Barselona" klubunun baş məşqçisi Xavi Ernandes yeni paylaşım edib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, o, Kataloniya klubunun cari mövsümün sonunda istefaya göndəriləcəyini elan etməsindən sonra vida məktubu yazıb.

“Əziz dostlar, bazar günü “Barselona”da məşqçisi kimi mənim fəaliyyətim sona çatacaq. Həyatıı həsr etdiyin klubu tərk etmək heç də asan deyil, amma ikinci ailəm kimi olan komandaya iki il yarım rəhbərlik etdiyim üçün fəxr edirəm”.

Hamınız çox sağ olun. Azarkeşlərə, oyunçulara, heyətə, klub işçilərinə, prezidentə, idarə heyətinə, idman direktorlarına və mediaya təşəkkür edirəm.

Hər zaman ürəyimdə olacaq kluba uğurlar arzulayıram”.

Bütün xəbərlər Facebook səhifəmizdə