NBA kanadalı basketbolçunu 100 min dollar cərimələyib

Milli Basketbol Assosiasiyası (NBA) kanadalı basketbolçu Camal Mörrini 100 min dollar cərimə edib. SİA xəbər verir ki, “Denver”in basketbolçusu “Minnesota” ilə görüş zamanı meydançaya su butulkası atdığı üçün NBA tərəfindən cərimələnib.

“Minnesota” klubunun rəsmiləri Camal Mörrinin basketboldan uzaqlaşdırılmasını istəsələr də, NBA tərəfindən təklif qəbul edilməyib.

Qeyd edək ki, Camal Mörrinin meneceri isə basketbolçuya verilən cəzanın doğru olmadığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə