Yurgen Kloppun əvəzinə yeni namizəd

"Liverpul" "Feyenoord"un baş məşqçisi Arne Slot ilə danışıqlara başlayıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Mersisayd klubunun nümayəndələri artıq Rotterdama gəlib və orada 45 yaşlı niderlandlı mütəxəssislə görüş keçirib.

İnsayder Pedro Almeydanın sözlərinə görə, "Feyenoord" məşqçisi ilə əməkdaşlığa vaxtından əvvəl xitam verdiyi üçün "Liverpul"dan 10-15 milyon avro təzminat tələb edəcək.

Xatırladaq ki, “Liverpul”un baş məşqçisi Yurgen Klopp mövsümün sonunda vəzifəsini tərk edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə