Dioqo Jota 2 həftə yaşıl meydandan kənar qalacaq

Premyer Liqanın 34-cü turunun "Fulhem"lə matçında (3:1) zədələnən "Liverpul"un cinah oyunçusu Dioqo Jota 2 həftə yaşıl meydanlardan kənar qalmalı olacaq.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Yurgen Klopp danışıb:

“Dioqo qol vurdu və narahatlıq hiss etdi. Bunun daha ciddi bir şey olduğunu yeni öyrəndik. O, bir neçə bizə kömək edə bilməyəcək”.

Bu mövsüm 27 yaşlı Jota "Liverpul"un heyətində 32 oyun keçirib, 15 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə