Rusiyalı idmançı neytral status aldığı üçün yığmadan qovulub

Rusiyalı pentatlonçu Ulyana Bataşova neytral status üçün müraciət etdiyini və komandadan uzaqlaşdırıldığını bildirib. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, bu barədə Sport Express-ə xəbər verib.

...Mən status üçün sənədlər təqdim etdim və bununla bağlı federasiyaya xəbərdarlıq etdim. Görünür, bəzilərinin xoşuna gəlmirdi, məni dəstəkləmirdilər. Amma bütün xərcləri öz üzərimə götürürdüm, bəzi xərcləri isə dostlar və sponsorlar öz üzərlərinə götürürdülər. Amma buna baxmayaraq federasiya nəinki kömək etmədi, əksinə məni dərhal yığmadan qovuldular. Etiraf edim ki, mən buna artıq hazır idim. Çünki mənim arzum puldan qiymətlidir.

Bunu Bataşova bildirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə