Federasiya Kuboku: “Mançester Siti” “Çelsi”ni məğlub edərək finala yüksəlib

İngiltərə Federasiya Kubokunda yarımfinal mərhələsinin ilk oyunu keçirilib. SİA xəbər verir ki, "Mançester Siti" doğma meydanda "Çelsi"ni qəbul edib. Görüş "şəhərlilər"in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda yeganə qolu 84-cü dəqiqədə Bernardo Silva vurub. Bununla da "Mançester Siti" adını finala yazdırıb.

Qeyd edək ki, yarımfinalın digər görüşündə "Koventri Siti" - "Mançester Yunayted"lə qarşılaşacaq. Matç aprelin 21-i Bakı vaxt ilə saat 18:30-da start götürəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə