Azərbaycan çempionatında ikinci finalçı bəlli olub

Kişi voleybolçular arasında Azərbaycan çempionatında ikinci finalçı müəyyənləşib. SİA-nın məlumatına görə, “Murov Az Terminal” həlledici raunda vəsiqə qazanıb.

Komanda yarımfinal mərhələsinin ikinci matçında "Neftçi"ni 3:0 (25:20, 25:21, 25:19) hesabı ilə üstələyib. İlk görüşdə də eyni hesab qeydə alınmışdı.

“Murov Az Terminal” finalda “Azərreyl”lə üz-üzə gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə