Minifutbol millisinin potensial rəqibləri müəyyənləşib

Azərbaycan millisinin Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək minifutbol üzrə Avropa çempionatında potensial rəqibləri müəyyənləşib. SİA xəbər verir ki, püşkatma mərasimi aprelin 4-də baş tutacaq.

Azərbaycan millisi püşkatmaya birinci səbətdən qoşulacaq.

1-ci səbət: Bosniya və Herseqovina, Rumıniya, Bolqarıstan, Qazaxıstan, Azərbaycan, Slovakiya.

2-ci səbət: Macarıstan, Çexiya, Fransa, Serbiya, Ukrayna, Monteneqro.

3-cü səbət: İngiltərə, Gürcüstan, İtaliya, Polşa, İspaniya, Sloveniya.

4-cü səbət: Portuqaliya, Albaniya, Yunanıstan, Avstriya, Türkiyə, Xorvatiya.

Qeyd edək ki, Avropa çempionatı iyunun 1-dən 9-na qədər Sarayevo şəhərində baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə