Azərbaycan millisi Bolqarıstanla heç-heçə etdi

Azərbaycan millisi FİFA tərəfindən ilk dəfə Bakıda təşkil olunan “FİFA series – Edition 2024” layihəsi çərçivəsində bu gün 2-ci - sonuncu matçına çıxıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, rəqib Bolqarıstan millisi olub. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.

Azərbaycan millisi ilk oyununda Monqolustana 1:0 hesabı ilə qalib gəlib. Bolqarıstan isə eyni hesabla Tanzaniyanı üstələyib.

Bu gün eyni zamana, Tanzaniya Monqolustanla qarşılaşıb və 3:0 hesablı qələbə qazanıb.

Xatırladaq ki, bu yarış turnir deyil və yoldaşlıq xarekterli layihə məqsədi daşıyır. Ona görə də yarışın qalibi olmayacaq.

25 mart

20:00.Azərbaycan – Bolqarıstan - 1:1

Qol: Filip Krastev, 59 (0:1), Musa Qurbanlı, 87 (1:1)

Baş hakim: Kristo Tohver (Estoniya)

Tofiq Bəhramov adına Respublika stadionu

Bütün xəbərlər Facebook səhifəmizdə