ÇSKA, "Flamenqo"nun U-20 komandasında icarə əsasında çıxış edən "Remo Stars"ın hücumçusu Oluvaşola Oqundananı transfer etmək istəyir.

SİA-nın əldə etdiyi məlumata görə, “CSKA” oyunçuya hüquqlarının 70 faizi üçün 700 min dollar təklif edir. "Flamenqo" isə Oqundananın hüquqlarını 450 min dollara ala bilər.

19 yaşlı nigeriyalı 20 yaşa qədər futbolçular arasında keçirilən "Libertadores" Kubokunda 3 oyun keçirib, 1 assist edib və 1 sarı vərəqə alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə