“Nottinqem Forest”in 4 xalı silinəcək

“Nottinqem Forest”in İngiltərə Premyer Liqasında 4 xalı silinəcək.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb. Bildirilib ki, klub maliyyə qaydalarını pozduğuna görə 4 xaldan məhrum olacaq. Sözügedən qərarın bu gün rəsmən açıqlanacağı gözlənilir. İngiltərə təmsilçisi apellyasiya şikayəti verməyə hazırlaşır.

Qeyd edək ki, "Nottingem Forest" hazırda 25 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində 17-ci yerdədir. Klub 4 xalın silinməsi ilə 18-ci yerə geriləyəcək və aşağı liqaya düşmə zonasında yer alacaq.

Xatırladaq ki, İngiltərə Premyer Liqasında bu mövsümün əvvəlində "Everton"dan maliyyə qaydalarını pozduğuna görə 10 xal silinib. Lakin apellyasiya şikayətindən sonra Mersisayd təmsilçisinin 4 xalı geri qaytarılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə