Xavi Hernandez hələ də ümidlidir...

"Barselona"nın baş məşqçisi Xavi Hernandez komandasının hələ də La Liqa çempionluğunu qoruya biləcəyinə inanır. Xatırladaq ki, “Real Madrid” mövsümün sonuna 9 tur qalmış mavi qranatları 8 xal qabaqlayır.

...Biz yaxşı oynayırıq və hələ də xəyal edə bilərik. Müəyyən ssenariləri istisna edə bilmərik, mən bunu futbolçulara deməyə davam edirəm.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Xavi bunu mətbuat konfransında deyib.

Xatırladaq ki, ötən gün "Barselona" səfərdə "Atletiko Madrid"i 3:0 hesabı ilə məğlub edərək çempionatda ikinci pilləyə yüksəlib.

Onu da xatırladaq ki, aprel ayında "Barselona" çempionat çərçivəsində "Santyaqo Bernabeu"da "Real Madrid"lə üz-üzə gələcək.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə