"Avrokubokda mübarizəni dayandırsaq da, çox şey əldə etdik" - Qurban Qurbanov

"Avrokubokda mübarizəni dayandırsaq da, çox şey əldə etdik" - Qurban Qurbanov

"Bu sonluq əlbəttə ki, ürəyimizcə deyil. Hər iki oyunda şansımız oldu, amma qalibiyyətə çata bilmədik". SİA xəbər verir ki, bu sözləri "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Baş məşqçi bildirib ki, avrokubokda mübarizəni dayandırsalar da, çox şeylər əldə ediblər: “Futbolçularıma təşəkkür edirəm. Ən azından bu il komanda olaraq azarkeşlərimizi yaxşı futbol nümayiş etdirməklə sevindirdik. İstəyirdik ki, bir mərhələ də irəliləyək. Amma qarşımızda çox ciddi rəqib var idi. Oyunun sonlarında azlıqda qalmaq da hər şeyə təsir elədi. Hər şeyə rəğmən futbolçularımız yaxşı mübarizə apardılar və sona kimi dözdülər”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə