Tamblinq üzrə Azərbaycan çempionatı və Bakı birinciliyinin açılış mərasimi keçirilib
İdman gimnastikasının tamblinq növü üzrə 20-ci Azərbaycan çempionatı və Bakı birinciliyinin açılış mərasimi keçirilib. SİA xəbər verir ki, açılış mərasimi Milli Gimnastika Arenasında baş tutub.
Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra 3 klubdan ümumilikdə 33 gimnast növbə ilə tribuna önündən keçiblər.
Tədbirin davamında uşaq, yeniyetmə, gənc və böyüklərdən ibarət yaş qrupundan olan idmançılar çıxışlara başlayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB